İllik ərzaq inflyasiyası 17% olub - Mərkəzi Bank

   İllik ərzaq inflyasiyası 17% olub -    Mərkəzi Bank
  26 May 2022    Oxunub:1535
2022-ci ilin mart ayında inflyasiya 12.1% (2022-ci ilin mart ayı 2021-ci ilin mart ayına nəzərən) təşkil etmişdir. Orta illik inflyasiya isə 12.2% olub.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul siyasəti icmalı”nda məlumat verilib.

Bildirilib ki, hesabat dövründə ümumi inflyasiya səviyyəsinin yüksəlməsinə ərzaq məhsullarının bahalaşması daha çox təsir göstərib.

Martda illik ərzaq inflyasiyası 16.8%, orta illik ərzaq inflyasiyası isə 17% təşkil edib. Dünya ərzaq qiymətlərinin yüksəlməkdə davam etməsi idxal vasitəsilə daxili ərzaq inflyasiyasına ciddi təsir göstərib.

FAO-nun son hesabatına əsasən dünya bazarlarında ilin əvvəlindən kərə və bitki yağları 39%,dənli bitkiləri 21%, süd məhsulları 13%, ət məhsulları 8% bahalaşıb. Qeyri-ərzaq məhsulları üzrə qiymətlər martda illik 6.6%, orta illik 6.2% artıb. Qeyri-ərzaq məhsulları arasında ən çox bahalaşma dəftərxana ləvazimatı və şəkil çəkmək üçün ləvazimatlar (38.3%), inşaat materialları (15.2%) və parçalar (13.9%) üzrə qeydə alınıb.

Rəsmi məlumata görə, qeyri-ərzaq məhsulları üzrə qiymətlər martda illik 6.6%, orta illik 6.2% artıb. Qeyri-ərzaq məhsulları arasında ən çox bahalaşma dəftərxana ləvazimatı və şəkil çəkmək üçün ləvazimatlar (38.3%), inşaat materialları (15.2%) və parçalar (13.9%) üzrə qeydə alınıb. Xidmətlər son 1 ildə 10% bahalaşıb.

Orta illik xidmət inflyasiyası 10.1% təşkil edib. İl ərzində, poçt xidmətləri 58%, təbii qaz təchizatı xidməti 42% və elektrik enerjisi təchizatı xidməti 12.5% bahalaşıb. Bununla yanaşı, qiymətlər hava nəqliyyatı ilə sərnişin daşınması xidmətləri üzrə 36.2%, ictimai iaşə xidmətləri üzrə 15.3%, icarə haqları üzrə 10.7% və tibbi xidmətlər üzrə 8.7% yüksəlib. Ümumilikdə, martda inflyasiyaya 7.3 faiz bəndi ərzaq, 1.5 faiz bəndi qeyri-ərzaq, 3.3 faiz bəndi isə xidmətlərin qiymət və tariflərinin dəyişimi töhfə verib. Qeyri-ərzaq məhsullarının vəxidmətlərin bahalaşmasının ümumi inflyasiyanın formalaşmasında rolu əvvəlki ilin mart ayı ilə müqayisədə bir qədər artıb.

AzVision.az


Teqlər:





Xəbər lenti