Hərbçilərimiz “Efes-2022”də tapşırıqları icra etdi - VİDEO

   Hərbçilərimiz “Efes-2022”də tapşırıqları icra etdi -    VİDEO
  26 May 2022    Oxunub:1364
Türkiyə Respublikasının İzmir şəhərində keçirilən “Efes-2022” çoxmillətli təliminin növbəti mərhələsi üzrə tapşırıqlar icra edilib.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən məlumata görə, təlimin növbəti günündə senariyə uyğun olaraq sahil xəttinin sualtı minalardan təmizlənməsi, şərti düşmən arxasına havadan sızma, onun sahildə yerləşən hərbi obyektinə basqın və aşkar olunan terrorçuların zərərsizləşdirilməsi tapşırıqları iştirakçılar tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib. Qeyd edilib ki, ölkəmizi beynəlxalq təlimdə Əlahiddə Ümumqoşun Ordunun və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları təmsil edir.



AzVision.az



Teqlər: Türkiyə  





Xəbər lenti