"İsrail Berlinin Kiyevə raket verməsinə qadağa qoyub" - Axios

   "İsrail Berlinin Kiyevə raket verməsinə qadağa qoyub" -    Axios
  26 May 2022    Oxunub:1560
İsrail onun texnologiyalarından istifadə etməklə istehsal olunan “Spayk” raketlərinin Ukraynaya tədarük edilməsinə qadağa qoyub. AzVision.az xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.
Bildirilir ki, ABŞ və İsrail rəsmilərinin sözlərinə görə, Təl-Əviv hakimiyyəti ABŞ-ın tələbini geri çevirib. Vaşinqton Kiyevin Almaniyadan İsrail texnologiyasından istifadə edilməklə istehsal olunan "Spayk" tank əleyhinə raketləri ala bilməsini istəyib. Lakin bu istək rədd edilib.

Xəbərdə qeyd olunur ki, İsrail Müdafiə Nazirliyinin rəsmisi Əmir Eşel iki həftə əvvəl Vaşinqtonda ABŞ müdafiə nazirinin siyasət məsələləri üzrə müavini Kolin Kahl ilə görüşərək ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib.

Əmir Eşel vurğulayıb ki, ölkəsi belə bir addımla razılaşmayacaq. Hansı ki, İsrail Ukraynaya ancaq öldürücü olmayan hərbi ləvazimatlar ötürür.

Yüksək rütbəli İsrail rəsmisi isə deyib ki, Təl-Əviv rus əsgərlərinin İsrail istehsalı silahlarla öldürülə biləcəyindən narahatlıq keçirir. Bu, Rusiyanın Suriyada İsrailin təhlükəsizlik maraqlarına zərər vurmasına gətirib çıxara bilər.

Tural Tağıyev
AzVision.az



Teqlər: İsrail   Ukrayna   Almaniya  





Xəbər lenti