"Bu, bizim Türkiyə ilə birlikdə dünyaya mesajımızdır" - Nazir

 "Bu, bizim Türkiyə ilə birlikdə dünyaya mesajımızdır" -    Nazir
  26 May 2022    Oxunub:835
"Texnologiyalar gələcəkdir. "TEKNOFEST Azərbaycan" festivalının Türkiyə ilə birlikdə keçirilməsi dünyaya mesajımızdır".
AzVision.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “TEKNOFEST Azərbaycan”ın açılışında deyib.

"44 günlük Vətən müharibəsində gənclərimizin üzərinə böyük yük düşdü. Bizim gənclərimiz Zəfəri davam etdirəcək.

"TEKNOFEST" bizə birlikdə işləməyi , yaratdıqları məhsulları bölüşməyi öyrətdi və gənclərimizin bu sahəyə marağını artırmış oldu".

Nazir qeyd edib ki, bu festival Azərbaycan-Türkiyə hava qüvvələrinin gücünü və əzəmətini göstərəcək:

"Bu festival qardaşlığın, elmin qələbəsidir. Yaşasın Azərbaycan! Yaşasın Türkiyə! Yaşasın Azərbaycan- Türkiyə qardaşlığı!".









Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti