"Bizə pulumuzla belə PUA-lar satmırdılar..."- Türkiyəli nazir

   "Bizə pulumuzla belə PUA-lar satmırdılar..."-    Türkiyəli nazir
  26 May 2022    Oxunub:954
"Bu gün tək Türkiyə adına deyil, qardaş Azərbaycan və islam dünyası üçün sevinirəm. Sizlər də festival məkanını gəzəndə gözləriniz dolacaq".

AzVision.az xəbər verir ki, bunu Türkiyənin Sənayə və Texnologiya naziri Mustava Varanq “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının açılış mərasimində deyib.
O bildirib ki, bu atəş Azərbaycanın hər yanını əhatə edəcək, gənclərimiz gələcəyin alimləri olacaq.

"Bəzi ölkələr bizə pulumuzla belə PUA-lar satmırdı. Gizli və ya açıq embarqo tətbiq edirdi. Türkiyə terrorla mübarizə apararkən bizi o texnologiyadan uzaq tutdular. Amma biz sənayeni tərsinə çevirdik. Bu gün o ölkələr bizim sənaye istehsallarını almaq üçün sırada gözləyirlər".

Türkiyəli nazir qeyd edib ki, TEKNOFEST insana yatırılan ən gözəl sərmayələrdəndir:

""TEKNOFEST Azərbaycan" qardaşlarımızın texnologiya inkişafında təməl daşı olacaq. Bunu müraciətlərin çoxluğunda da görürük. İlk dövrdə 1000-dən çox qrup və 6 mindən çox iştirakçı müraciət edib".



Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti