Vyanada sovet əsgəri abidəsinə “Azov” yazdılar - FOTO

   Vyanada sovet əsgəri abidəsinə “Azov” yazdılar -    FOTO
  26 May 2022    Oxunub:1192
Vyanada naməlum şəxslər Avstriyanın nasizmdən azad edilməsi zamanı həlak olmuş sovet əsgərlərinin xatirəsinə ucaldılmış abidənin yanına millətçi simvolu çəkiblər.
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın Avstriyadakı səfiri Dmitri Lyubinski məlumat yayıb.

Qeyd edilir ki, memorialın arxasındakı divar əvvəllər Ukrayna bayrağının rənglərinə boyanmışdı, indi isə orada Azov milli batalyonunun simvolları peyda olub.
Xatırladaq ki, memorial Vyananın mərkəzində Şvarçenberqplatç meydanında yerləşir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Vyana   Abidə  



Xəbər lenti