"Azərbaycan peyk alanda bizimkilər villa alırdı"- Erməni deputat

   "Azərbaycan peyk alanda bizimkilər villa alırdı"-    Erməni deputat
  26 May 2022    Oxunub:1245
Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı bəyan edib ki, ilk erməni peyki orbitə buraxılıb. Paşinyan qeyd edib ki, 2023-cü ilin sonuna kimi Ermənistanda peyk idarəetmə mərkəzi və qəbuledici stansiya yaradılacaq.
“Azərkosmos” Qarabağda məskunlaşma yerlərini müəyyən etdi
Onun ətrafında isə mütəxəssislərdən ibarət elmi-istehsalat qrupu formalaşacaq. Mərkəzin əsas vəzifələri peyk nəzarəti və fotoşəkillərin əldə edilməsi olacaq.

- Peyk çəkilişləri Ermənistanda sərhəd nəzarəti, fövqəladə halların qarşısının alınması və idarə olunması, ətraf mühitin mühafizəsi, yol tikintisi və digər sahələrdə istifadə olunacaq, - Paşinyan deyib.

Erməni mediasında gündəmə çevrilən bu məsələ cəmiyyətdə birmənalı qarşılanmayıb. Deputat Arusyak Julhakyan məsələyə reaksiya verərək açıqlama verib ki, İrəvan bu məsələdə də Bakıdan xeyli geri qalıb.

- Dünən ilk kosmik peykimiz orbitə buraxılıb. Bu, gecikmiş olsa da, çox mühüm hadisədir. Deyirlər ki, heç olmamaqdansa, gec olması yaxşıdır. Müharibədən sonra məlum oldu ki, hələ 2017-ci ildə Ermənistan mühüm infrastrukturun inkişafında Azərbaycandan on dəfə geri qalıb. 2017-ci ildə Azərbaycanın artıq üç peyki var idi. Onlardan biri kəşfiyyat peykidir. Bakı ilk peyki hələ 2013-cü ildə orbitə çıxarıb. Azərbaycan peyklər almağa başladı, bizim "müasir xilaskarlarımız” isə "qala"lar, villalar aldı, tikdi.

Və 44 günlük müharibə zamanı Azərbaycan artıq bu peyklərdən Qarabağdakı ordunun qoşunlarının hərəkətini onlayn izləmək üçün istifadə edib. Bu barədə Azərbaycan rəhbərləri də müharibədən sonra fəxrlə danışıb. Söz yox ki, bu vəziyyət Azərbaycan silahlı qüvvələrinə üstünlüklər verdi, - deputat deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Peyk   Ermənistan   Azərbaycan  





Xəbər lenti