Rusiyada azərbaycanlını öldürən polisin işinə xitam verildi

   Rusiyada azərbaycanlını öldürən polisin işinə xitam verildi
  26 May 2022    Oxunub:1102
Rusiyanın Novosibirsk vilayətində 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi qətlə yetirən polis məmuru Aleksandr Qusyev barəsində başladılan cinayət işinə xitam verilib.
AzVision.az xəbər verir ki, Rusiya Federasiyası İstintaq Komitəsi Aleksandr Qusyevin əməlini qanuni hesab edib. Əvvəllər Qusevin polisdən qovulduğu bildirilirdisə, İstintaq Komitəsinin məlumatında o, fəaliyyətdə olan hüquq mühafizəçi kimi “Rusiya Daxili İşlər Nazirliyinin Novosibirsk vilayətinin Moşkovski rayonu üzrə Yol Hərəkəti Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyinin Yol Patrul Xidməti əməkdaşı” adlandırılıb.

Xatırladaq ki, 2021-ci ilin mayın 28-də Novosibirskdə polis sürət həddini aşan avtomobilin sürücüsünü saxlayıb. Sürücü şəxsiyyətinin müəyyən olunması üçün polisin xidməti avtomobilinə tərəf aparılıb. Bu vaxt sərnişinlərdən biri - 19 yaşlı Vəkil Abdullayev polisə müqavimət göstərməyə başlayıb. Hüquq mühafizəçisi güc tətbiq edərək gəncin qollarını geri qanırıb və onu kapotun üstünə uzandırıb. Bu zaman əlindəki tapançadan atəş açıb.

AzVision.az



Teqlər: Rusiya  



Xəbər lenti