"Ankara Kiyev və Moskva ilə "taxıl dəhlizi" yaradır" - Reuters

 "Ankara Kiyev və Moskva ilə "taxıl dəhlizi" yaradır" -    Reuters
  26 May 2022    Oxunub:880
Ankara Ukrayna taxılının Türkiyə üzərindən dəhliz açmaqla ixracını reallaşdırmaq üçün Kiyev və Moskva ilə danışıqlar aparır. AzVision.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Peyklə rusların Ukraynadan taxıl oğurlamasını çəkdilər - VİDEO
Nəşr yüksək rütbəli türk məmuruna istinad edib . Adı açıqlanmayan Türkiyə rəsmisinin sözlərinə görə, danışıqlar hələ də davam edir. Qeyd edilir ki, müharibənin başlamasından sonra bağlanmış Ukrayna limanlarında 20 milyon tondan çox taxıl var.

Qeyd olunur ki, Rusiya rəsmiləri bir müddət öncə Qərbin bəzi sanksiyalarının ləğvi müqabilində ərzaq daşıyan gəmilər üçün dəhliz verməyə hazır olduqlarını bəyan ediblər.

Bundan əvvəl isə bildirilmişdi ki, Çin hakimiyyəti mümkün qədər tez “yaşıl dəhliz” yaratmaqla Ukrayna taxılının maneəsiz ixracını təmin etməyə çağırıb.

CNN-in məlumatına görə, ABŞ və Avropa da taxılın Ukraynadan çıxarılması planları üzərində işləyir. Kanada da bu prosesdə kömək etməyə hazırdır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Türkiyə   Rusiya   Taxıl  





Xəbər lenti