Ərdoğan Makronla Finlandiya və İsveçi müzakirə edib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı Fransa prezidenti Emmanuel Makron ilə telefon danışığı aparıb.
Türkiyə Prezident Administrasiyasının Əlaqələr Ofisi bildirib ki, iki ölkə liderləri regional prosesləri, o cümlədən Ukrayna və Rusiya arasında müharibə mövzusunu, həmçinin Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün müraciətlərini müzakirə ediblər.
Türkiyə lideri Rusiya ilə Ukrayna arasında tezliklə və ədalətli sülhə ümid etdiyini bildirib və qeyd edib ki, Ankara tərəfləri dialoq və diplomatiyaya təşviq etməkdə davam edir.
Prezident Ərdoğan Helsinki və Stokholmun PKK/YPG terrorçuları ilə əlaqəsi olan şəxs və strukturlarla əlaqələrinin NATO daxilində müttəfiqlik ruhuna zidd olduğunu da bildirib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


