Rusiya ilə döyüşlər maksimum intensivliyə çatıb - Ukrayna MN

   Rusiya ilə döyüşlər maksimum intensivliyə çatıb -    Ukrayna MN
  26 May 2022    Oxunub:1471
"Ukrayna Silahlı Qüvvələrinin rus işğalçıları ilə döyüşləri bütün təmas xətti boyunca maksimum intensivliyə çatıb". Bu barədə mayın 26-da keçirdiyi brifinqdə müdafiə nazirinin müavini Anna Malyar bildirib.
"Bu gün döyüşlər maksimum intensivlik həddinə çatıb. Düşmən eyni vaxtda bir neçə istiqamətdə qoşunlarımızın mövqelərinə soxulur. Qarşıda bizi son dərəcə çətin və uzun mübarizə mərhələsi gözləyir. Biz başa düşməliyik ki, bu, müharibədir, bizim tərəfimizdən itkilərin olması qaçılmazdır", - bildirib.

Qeyd bedilir ki, Rusiya ordusu şərqdə irəliləməyə davam edir. Hazırda Rusiya səylərini Donetsk və Luqansk vilayətlərinin ələ keçirilməsinə yönəldib. Bu məqsədlə Severodonetsk və Lisiçansk yaxınlığındakı ərazilərə əlavə qüvvələr çəkib və Rusiya Silahlı Qüvvələri Limanı tam nəzarətə götürməyə çalışır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti