Rusiya Xarkovu atəşə tutdu - 4 ölü, 7 yaralı

   Rusiya Xarkovu atəşə tutdu -    4 ölü, 7 yaralı
  26 May 2022    Oxunub:1182
Xarkovu Rusiya ordusunun atəşə tutması nəticəsində 4 nəfər həlak olub, daha 7 nəfər yaralanıb. Bu barədə Xarkov vilayət hərbi administrasiyasının sədri Oleq Sinequbov məlumat verib.
"İşğalçılar yenidən rayon mərkəzini atəşə tutur. İlkin məlumata görə, atışma nəticəsində 7 nəfər yaralanıb. Təəssüf ki, 4 nəfər həlak olub. Məlumat dəqiqləşdirilir", -deyə o qeyd edib.

Sinequbov Xarkov və bölgə sakinlərini sığınacaqlarda olmağa çağırıb.

Şahanə Rəhimli
AzVision.az





Teqlər:



Xəbər lenti