Vahid Ələkbərov 100 milyonluq zavodunu Niderlanda verdi

   Vahid Ələkbərov 100 milyonluq zavodunu Niderlanda verdi
  26 May 2022    Oxunub:1709
Azərbaycan əsilli milyarder, “Lukoyl”un həmtəsisçisi Vahid Ələkbərov “Heesen Yachts” gəmiqayırma zavodunun səhmlərini müstəqil Niderland fonduna verib.
Müəssisənin rəsmi saytında bildirildiyi kimi, mayın 18-dən etibarən şirkət yenidən bütövlükdə Niderlanda məxsusdur. V. Ələkbərov gəmiqayırma zavodunu 2008-ci ildə təsisçi Frans Heesendən 100 milyon avroya alıb. Heesen uzunluğu 30 m-dən 70 m-ə qədər olan qayıqlar hazırlayır , hər il gəmi üç və ya dörd yaxta istehsal edir. Hazırda 13 yaxta, o cümlədən 80 metrlik “Heesen Galactica” yaxtası üzərində iş gedir. Bu yaxta bu ilin aprelində sahibinə təhvil verilməli idi, lakin bu hələ baş verməyib.

Qeyd edək ki, Vahid Ələkbərov cari ilin aprel ayında “Lukoyl”un Direktorlar Şurasını və şirkətin rəhbəri vəzifəsini tərk edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti