Kuba Prezidenti İlham Əliyevi təbrik edib

   Kuba Prezidenti İlham Əliyevi təbrik edib
  26 May 2022    Oxunub:1402
Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes Prezident İlham Əliyevə təbrik ünvanlayıb
AzVision.az xəbər verir ki, təbrikdə deyilir:

"Cənab Prezident.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Kuba xalqı və hökuməti adından Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq əlaqələrinin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində fəaliyyətimizi bundan sonra da davam etdirməyə hazır olduğumuzu Sizə bir daha bildirirəm.

Xahiş edirəm, ən yüksək hörmət və ehtiramımı qəbul edin".

AzVision.az


Teqlər:



Xəbər lenti