Qazdan 11 il pulsuz istifadə edən MTK aşkarlandı

   Qazdan 11 il pulsuz istifadə edən MTK aşkarlandı
  27 May 2022    Oxunub:1092
“Obyektlərdə qeyri-qanuni qaz qoşulmaları ilə bağlı mübarizələrimiz davam edir. Bununla bağlı gecə-gündüz işçi qrupumuz çalışır. Cari həftə ərzində 11 il qanunsuz qoşulma edən MTK aşkarlanıb”.
Bunu SOCAR “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün “Facebook”da canlı yayımda deyib. O bildirib ki, bu sahədə apardıqları tədbirlərə baxmayaraq, bəzi MTK-larda belə hallar baş verir:

“Bu həftə “Bakı 2010” MTK adlı şirkətin qeyri-qanuni qoşulması ilə bağlı çox ciddi işin üstü açılıb. Bizim işçi qrupu çox çalışdı ki, bu qanunsuz qoşulmaların qarşısını alsın. Bunun üçün qanuni yollar var ki, biz o prosedurları qanunauyğun şəkildə həyata keçirdik. Təftişə icazə ilə bağlı rəsmi sənəd aldıqdan sonra qurumun işçi qrupu “Bakı 2010” MTK-ya daxil olub və qeyri-qanuni birləşməni aşkar ediblər.

Məlum olub ki, MTK artıq 11 ilə yaxındır ki, “Azəriqaz” İB-nin qazından pulsuz olaraq istifadə edib. Belə ki, MTK müraciət edib ki, qazdan istifadəni dondurublar. Daha sonra müxtəlif, qanunsuz yollarla qoşulma edib, sakinləri də müxtəlif səviyyədə qazla təchiz ediblər. Dəymiş ziyanın hesablanması ilə bağlı aidiyyəti üzrə iş aparılır. Çünki SOCAR “Azəriqaz” İB-nin cərimə yazmaq kimi səlahiyyəti yoxdur”.

AzVision.az



Teqlər: Qaz  





Xəbər lenti