Şəhid statusunun verilməsi hansı qurumun səlahiyyətindədir?

   Şəhid statusunun verilməsi hansı qurumun səlahiyyətindədir?
  27 May 2022    Oxunub:275
Şəhid statusunun verilməsi səlahiyyəti güc strukturlarına aiddir.
AzVision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, həlak olan əsgər heyətinə şəhid statusunun verilməsi səlahiyyəti Səfərbərlik Xidmətinə, zabit heyətinə şəhid statusu verilməsi Müdafiə Naziriyinə aiddir. “Status verildikdən sonra imtiyazların həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şamil olunub”, - deyə nazir müavini bildirib.

AzVision.az

Teqlər:







Xəbər lenti