“TEKNOFEST Azərbaycan” Türkiyə KİV-lərində

“TEKNOFEST Azərbaycan” Türkiyə KİV-lərində
  27 May 2022    Oxunub:313
Azərbaycanın paytaxtı Bakıda start götürən “TEKNOFEST Azərbaycan” festivalı ilə bağlı informasiyalar Türkiyə KİV-lərinin baş xəbərinə çevrilib.
AzVision.az xəbər verir ki, Azərbaycanda “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalına hazırlıq mərhələsi də qardaş ölkənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən son dərəcə diqqətlə yanaşılan mövzular sırasında olub.



Anadolu və İHA xəbər agentlikləri, “TRT Haber”, “Haber Türk”, “Haber Global”, “TRT AVAZ” telekanalları, “Sabah”, “Milliyet”, “Hurriyet” qəzetləri və digər media qurumları festivalın yüksək peşəkarlıqla təşkilinə, əhalinin festival çərçivəsində keçirilən tədbirlərə böyük sevinc və qürur hissi ilə iştirakına dair rəngarəng materiallar yayıblar.





AzVision.az

Teqlər: Texnofest  







Xəbər lenti