“Türkiyə ilə Azərbaycan arasında üç müqavilə imzalanacaq”

   “Türkiyə ilə Azərbaycan arasında üç müqavilə imzalanacaq”
  27 May 2022    Oxunub:475
Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank Azərbaycan və Türkiyənin dərin iqtisadi əlaqələri və qarşılıqlı sərmayələri olan iki ölkə olduğunu deyib.
“TEKNOFEST Azərbaycan”da “Anadolu” agentliyinə müsahibə verən Varank Azərbaycanla Türkiyə arasında üç müqavilə imzalanacağını qeyd edib:

“Bu səfər çərçivəsində müxtəlif müqavilələr imzalayacağıq. Bunlardan biri də KOBİA-ların imkanlarını qarşılıqlı şəkildə inkişaf etdirəcəyimiz razılaşmadır. Həmçinin Türkiyə Kosmik Agentliyi ilə Azərbaycan Kosmik Agentliyi arasında xüsusilə, peyk sahəsində birlikdə hərəkət edəcəyimiz müqavilə imzalayacağıq. Bundan əlavə, texnologiya və sənaye sahəsində də birlikdə müqavilələr bağlanacaq.

Bundan əlavə, texnologiya və sənaye sahəsində birlikdə hərəkət etməyimizi təmin edəcək bir müqavilə imzalayacağıq. Bu müqavilələrlə biz qarşılıqlı əlaqələrimizi daha da inkişaf etdirəcəyik. Biz iki ölkənin iqtisadi əlaqələrini daha da gücləndirəcəyik. Bundan əlavə, biz qarşılıqlı olaraq texnopark yaratmaq istəyirik. Biz texnoparkda şirkətlərimizə birlikdə dəstək olmaq istəyirik”.

AzVision.az

Teqlər: Türkiyə  







Xəbər lenti