Ombudsmandan minalarla bağlı beynəlxalq təşkilatlara çağırış

   Ombudsmandan minalarla bağlı beynəlxalq təşkilatlara çağırış
  27 May 2022    Oxunub:340
"Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzü və işğal dövründə basdırdıqları minalar insanların həyat və sağlamlığı üçün potensial təhlükə olaraq qalmaqda davam edir".
AzVision.az xəbər verir ki, bu, Ombudsman Aparatının yaydığı məlumatda bildirilib.

"Bu gün daha bir Azərbaycan vətəndaşı - Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu Ömərov Seyidağa Mirzağa oğlu işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən minaya düşüb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Regionda sülh və təhlükəsizliyə ciddi maneə törədən bu kimi halları qətiyyətlə qınayır və bir daha beynəlxalq təşkilatları minaların dəqiq xəritələrinin verilməsi üçün Ermənistana qarşı əsaslı tədbirlər görməyə çağırırıq", - məlumatda qeyd olunub.

AzVision.az

Teqlər: Mina  







Xəbər lenti