“Qaynana”nın ad günüdür - VİDEO

“Qaynana”nın ad günüdür - VİDEO
  21 Aprel 2014    Oxunub:2035
Bu gün Azərbaycanın xalq artisti Nəsibə Zeynalovanın ad günüdür.
Nəsibə Zeynalova 20 aprel 1917-ci ildə Bakıda anadan olub. 1941-ci ildə Teatr Texnikumunu bitirib, Musiqili Komediya Teatrında işləməyə başlayır. Azərbaycan kino sənətinə «Qaynana», «Ulduz», «Bağlı qapı», «Yuxu» kimi əvəzolunmaz incilər bəxş edib.

Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrətlənib. Yaradıcılığının mayası gülüş və musiqi ilə yoğrulmuş Nəsibə xanım orta məktəbdən rəqqasəlik etmiş, milli oyun havalarının mürəkkəb və lirik incəliklərinə yiyələnmişdi. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb. Bu teatr Bakıda truppa toplayır, özünə repertuar qurur, aprel ayından başlayaraq kənd təsər-rüfatının qızğın çağında rayonlara gedib tamaşalar oynayırdı.

Azərbaycanın xalq artisti, gözəl insan və aktrisa Nəsibə Zeynalova 10 mart 2004-cü ildə vəfat edib.




Teqlər:  





Xəbər lenti