60 kilo sinəsi olan qadın: Milyonlar qazanır

      60 kilo sinəsi olan qadın:    Milyonlar qazanır
  27 May 2022    Oxunub:937
ABŞ-da 60 kiloqram sinəsi olan qadın Hərbi Hava Qüvvələri zabiti ilə evlənib. Həyat yoldaşı ona sinəsi ilə pul qazanmağı təklif edib. Bu barədə “The Sun” məlumat yayıb.
Bildirilib ki, amerikalı qadının sinəsi beş yaşından etibarən inkişaf etməyə başlayıb. Həkimlər ona qiqantomastiya diaqnozu qoyublar. Bu patologiya ilə döş toxumasının çox aktiv böyüməsi baş verib. 1999-cu ildə amerikalı qadın Ginnesin Rekordlar Kitabına düşüb.

Qadın Hərbi Hava Qüvvələrinin zabiti ilə evlənib. Həyat yoldaşı ona iri sinəsi ilə pul qazanmağı məsləhət görüb.

“Görüşümüzdən bir il sonra mənə bəzi fotoşəkilləri jurnala təqdim etməyi tövsiyə etdi və mən bununla razılaşdım. Bu, ağ qadınların olduğu bir jurnal idi və mən orada idim, yəqin ki, bununla başqa bir rekord qırdım",- deyə amerikalı qadın bildirib. O, ərinin ölümündən sonra da biznesini davam etdirərək milyonlar qazanıb. Qadın 102ZZZ ölçülü sinəsinə kişilərin heyran olması üçün özünə sayt yaradıb.

Həkimlər ona dəfələrlə döşlərini kiçiltməyi məsləhət görsələr də, o, bundan imtina edib.

“Mən təbiiliyi əldən vermək istəmirəm. Döşlərim böyüdükcə arxa əzələlərim inkişaf etdi və onları dəstəklədi", - deyə bildirib.

Bundan əvvəl britaniyalının yelləncəkdə 36 saat sürdüyü və Ginnesin rekordu müəyyənləşdirdiyi bildirilirdi.

Şahanə Rəhimli
AzVision.az

Teqlər:







Xəbər lenti