İçməli su ilə bağlı yeni standart hazırlanacaq

   İçməli su ilə bağlı yeni standart hazırlanacaq
  27 May 2022    Oxunub:321
Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri və Milli İşçi Qrupun üzvləri arasında “İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” Dövlət Standartlarının hazırlanması üzrə görüş keçirilib.
Görüşdə ÜST nümayəndələri bildiriblər ki, missiyanın məqsədi Azərbaycanda yeni içməli su standartları və qaydalarının hazırlanmasına texniki dəstək göstərməkdir.

"Azərsu", Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Standartlaşdırma İnstitutu, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssislərindən ibarət Milli İşçi Qrupunun təklif etdiyi su standartı layihəsi müzakirə olunub, içməli suyun təhlükəsizliyi planı, gələcək hədəflər, içməli suyun fiziki-kimyəvi və bakterioloji parametrlərinin öyrənilməsi ilə bağlı müzakirələr aparılıb. ÜST-nin ekspertləri tərəfindən müvafiq tövsiyələr verilib və bu sahədə ən yaxşı təcrübələr barədə fikir mübadiləsi aparılıb.

Azərbaycanda istehlakçılara verilən içməli suyun keyfiyyət göstəriciləri MDB ölkələrinin birgə qəbul etdiyi Dövlətlərarası Standarta (DÜST 2874-82) uyğun təyin edilir. 2874-82 saylı DÜST standartına müvafiq olaraq içməli suyun orqanoleptik, fiziki-kimyəvi, mikrobioloji, parazitoloji, radioloji göstəriciləri öyrənilir.

AzVision.az

Teqlər: Su  







Xəbər lenti