"Kinder"lərə salmonella virusu necə keçib? - Direktor açıqladı

   "Kinder"lərə salmonella virusu necə keçib? -    Direktor açıqladı
  27 May 2022    Oxunub:506
Avropanın bir çox ölkəsinə yayılan və 100-dən çox uşağın yoluxduğu salmonella virusunun mənbəyi bəlli olub. Məlum olub ki, virus fabrikə tərkibində salmonella olan xammal vasitəsilə daxil olub.
AzVision.az xəbər verir ki, bu barədə "Kinder" şokoladlarının istehsalçısı "Ferrero" şirkətinin baş direktoru Nikolas Neykov açıqlama verib.

Fransanın "Le Parisien" qəzetinə danışan Neykov virusun Belçikadakı Arlon fabrikinə necə girdiyini və necə aşkarladıqlarını qeyd edib. O bildirib ki, çirklənmə fabrikin süd yağı çənindəki filtrdən qaynaqlanıb:

"Virus oraya ya əvvəllər yoluxmuş xammal vasitəsilə daxil olub, ya da işçilər tərəfindən ötürülüb".

Neykov virisun aşkarlandığı ilk gün, yəni dekabrın 15-də fabrikin bağlanmaması barədə deyilənlərə də aydınlıq gətirib. O, fabrikin həmin vaxtda bağlandığını vurğulayıb:

"Dekabrın 15-də biz bütün istehsal xətlərini dayandırdıq, istehsal olunanları atdıq. Sonrakı günlərdəki bütün sınaqlarımız mənfi oldu, ona görə də fabriki yenidən açdıq. Eyni zamanda paylanılan məhsulları da geri çağırdıq. Bu, son 20 ilin ən böyük "məhsul geri çağırışı” oldu. Təkcə Fransada 3000 tondan çox "Kinder" məhsulu bazardan çıxarılıb".

Qeyd edək ki, şokolad satışının ən çox edildiyi Pasxa bayramında şirkət dövriyyəsinin 40 faizini itirdi. İlin sonunda zərərin on milyon avro civarında olacağı güman edilir. İstehlakçıların 60%-i artıq bu markaya inanmır.

AzVision.az

Teqlər:







Xəbər lenti