Prezident və xanımı “ağıllı kənd təsərrüfatı” texnikaları ilə tanış olublar - FOTOLAR
Həmçinin heç bir sahə məhdudiyyəti olmadan sərbəst hərəkət edən və ərazidə təhlil aparan skaner, əməliyyatları səmərəli şəkildə həyata keçirmək üçün süni intellekt və proqnozlaşdırıcı analizə sahib platforma, məhsulun yetişdirilməsi zamanı ortaya çıxa biləcək problemləri vaxtında aşkarlaya biləcək dron texnologiyaları da yüksək məhsuldarlığın əldə olunmasında mühüm rol oynayacaq.
Diqqətə çatdırıldı ki, Zəngilan pivot suvarma sistemləri də ən müasir texnoloji yeniliklərlə təchiz olunacaq. Burada 5 pivot sistemi quraşdırılacaq ki, bu da 157 hektar ərazinin suvarılmasına imkan verəcək.
AzVision.az
Teqlər: