"Yeni virusa görə kütləvi vaksinasiyaya ehtiyac yoxdur" - ÜST

   "Yeni virusa görə kütləvi vaksinasiyaya ehtiyac yoxdur" -    ÜST
  27 May 2022    Oxunub:454
Bu gün Ümumdünya Səhiyyə Təşkilatının rəsmiləri 75-ci Assambleya çərçivəsində meymunçiçəyi virusu ilə bağlı brifinq keçirib. Mövcud epidemiyanın necə ortaya çıxdığı ilə bağlı hələ də çoxlu cavabsız sualların olduğu vurğulanan birifinqdə 20-dən çox ölkədə 200-ə yaxın meymunçiçəyi xəstəliyinin aşkar edildiyi bildirilib.
AzVision.az xəbər verir ki, ÜST-nin epidemiyalar üzrə direktoru Slvie Briand virusun endemik ölkələrdə rastlaşdığımız növlərdən fərqlənmədiyini və epidemiyanın insan davranışının dəyişməsi ilə daha çox bağlı olduğunu qeyd edib. O, xəstəliyin hazırda idarə olunan olduğunu vurğulayıb.

"Aysberqin zirvəsini görüb-görmədiyimizi və ya daha çox aşkar edilməmiş halların olub-olmadığını bilmirik. İndi düzgün tədbirlər görsək, epidemiyanın qarşısını asanlıqla ala biləcəyimizi düşünürük".

Briand həmçinin meymunçiçəyi virusunun koronavirusdan fərqli olaraq çox daha yavaş ötürüldüyünə diqqət çəkib.

ÜST-nin çiçək xəstəliyi bölməsinin rəhbəri Rosamund Levis də meymunçiçəyi xəstəliyinin asanlıqla yayılmadığını qeyd edib. O bildirib ki, hazırda kütləvi peyvəndlərə ehtiyac yoxdur.

AzVision.az

Teqlər:







Xəbər lenti