11 saylıdan 3 nəfər azadlığa buraxıldı

   11 saylıdan 3 nəfər azadlığa buraxıldı
  28 May 2022    Oxunub:935
Ədliyyə Nazirliyinin 11 saylı cəzaçəkmə müəssisəsində cəzaçəkən 7 məhkuma əfv sərəncamı şamil edilib.
Onlardan 3 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Müəssisədə cəza çəkən 4 məhkumun isə cəzası azaldılıb. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə müəssisəsində əfv sərəncamı icra olunub, 1 məhkum azadlığa buraxılıb. Digər məhbusun cəzası 3 il 2 ay 16 gündən 1 il 7ay 6 günə endirilib.

Qeyd edək ki, sərəncam çərçivəsində humanizm prinsipləri əsas götürülərək ümumilikdə 213 nəfər əfv edilib.

AzVision.az


Teqlər: Əfv  





Xəbər lenti