Nazir generalı təqaüdə göndərdi

   Nazir generalı təqaüdə göndərdi
  28 May 2022    Oxunub:1108
İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Əlaslan Ağayev təqaüdə göndərilib.
DİN-in Mətbuat Xidmətindən AzVision.az -a bildirilib ki, Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bu barədə əmr imzalayıb.
Əmrə əsasən, Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Əlaslan Ağayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Ə.Ağayevi qəbul edən nazir daxili işlər orqanlarında uzun müddət səmərəli fəaliyyət göstərdiyinə görə ona təşəkkürünü bildirib.

AzVision.az



Teqlər: İnterpol  





Xəbər lenti