MTN generalı Teymur Quliyev azadlığa buraxıldı

   MTN generalı Teymur Quliyev azadlığa buraxıldı
  28 May 2022    Oxunub:837
Ədliyyə Nazirliyinin 9 saylı cəzaçəkmə müəssisəsində cəzaçəkən 7 məhkuma əfv sərəncamı şamil edilib.
Onların 7-si də azadlığa buraxılıb. Azadlığa buraxılanlar arasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisi, general-mayor Teymur Quliyev və MTN-in digər vəzifəli şəxsləri var.

Qeyd edək ki, sərəncam çərçivəsində humanizm prinsipləri əsas götürülərək ümumilikdə 213 nəfər əfv edilib.

AzVision.az



Teqlər: Məhbus  





Xəbər lenti