ABŞ səfirliyi əfv sərəncamını alqışladı

   ABŞ səfirliyi əfv sərəncamını alqışladı
  28 May 2022    Oxunub:358
ABŞ-ın Azərbaycandakı səfirliyi Prezident İlham Əliyevin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamını alqışlayıb.
AzVision.az xəbər verir ki, bu barədə diplomatik korpusun rəsmi saytında məlumat yayılıb.

“Birləşmiş Ştatlar həbsdə olan azərbaycanlıların, o cümlədən jurnalistlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin, siyasi müxalifətin üzvlərinin və dini qrupların üzvlərinin əfv edilməsini alqışlayır. Biz Azərbaycanı qarşıdakı aylarda Azərbaycanın beynəlxalq öhdəliklərinə və vətəndaşlarının əsas azadlıqlarının qorunmasına dair öhdəliklərinə uyğun olaraq əlavə addımlar atmağa çağırırıq”, - məlumatda qeyd olunub.

AzVision.az

Teqlər: ABŞ  







Xəbər lenti