Ombusdman: “31 nəfərlə bağlı Prezident müraciət etmişdik”

      Ombusdman:    “31 nəfərlə bağlı Prezident müraciət etmişdik”
  28 May 2022    Oxunub:903
"28 May - Müstəqillik günü ərəfisində Prezdient İlham Əliyev tərəfindən 68-ci əfv sərəncamı imzalanıb".
Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili - Ombusdman Səbinə Əliyeva deyib. Onun sözlərinə görə, sərəncam 213 nəfərə şamil olunub, 1 nəfər ömürlük məhkum cəzadan azad olunub:

"Burada məhkumların ailə vəziyyəti, səhhətləri və s. məsələr nəzərə alınıb. Mən də İnsan Hüquqları üzrə Müvəkkil olaraq Prezident İlham Əliyevə 31 nəfərlə bağlı müraciət etmişəm. Müraciətlər müsbət olub, sərəncam həmin 31 nəfərə də şamil olunub. Bu səbəbdən İlham Əliyevə və Mehriban xanıma təşəkkür edirəm".

AzVision.az


Teqlər: Ombusdman  





Xəbər lenti