Parlamentin plenar iclasının gündəliyi dəyişdi

   Parlamentin plenar iclasının gündəliyi dəyişdi
  28 May 2022    Oxunub:322
Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasının gündəliyində dəyişiklik edilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a bildirilib ki, gündəliyə əlavə bir məsələ də daxil edilib. Bu, Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi ilə bağlı qərar layihəsidir. Beləliklə, plenar iclasda ümumilikdə 7 məsələ müzakirəyə çıxarılacaq.

1. Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi;

2. “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (birinci oxunuş);

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);

4. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).

5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).

6. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);

7. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

AzVision.az

Teqlər:







Xəbər lenti