Ərdoğan Bakıya gəldi - FOTO+YENİLƏNİB

   Ərdoğan Bakıya gəldi - FOTO+YENİLƏNİB
  28 May 2022    Oxunub:1274
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.
AzVision.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.



Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.




***

Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşüb

AzVision.az "TRT Haber"ə istinadən xəbər verir ki, Türkiyə başçısı Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana birgünlük səfər edəcək.

İstanbul Sabiha Gökçen Hava Limanından Bakıya saat 11:00-da “TUR” təyyarəsi ilə yola düşən prezident Ərdoğanın xanımı Əminə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, təhsil naziri Mahmud Özer, kənd təsərrüfatı və meşə təsərrüfatı naziri Vahit Kirişçi, nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu, AK Partiya sözçüsü Ömər Çelik, AK Partiya sədr müavini Ömər İleri və Efqan Ala, Prezident Aparatının kommunikasiya direktoru Fahrettin Altun və Prezidentin sözçüsü İbrahim Kalın müşayiət edib.

Ərdoğan səfəri çərçivəsində Bakıda ilk dəfə təşkil edilən Aviasiya, Kosmos və Texnologiya Festivalı "TEKNOFEST"ə qatılacaq.

Daha sonra Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev Azərbaycan Hərbi Hava Qüvvələri ilə birlikdə “Türk Ulduzları” və “SOLOTÜRK” avia- şousuna baxacaqlar.

Axşam İlham Əliyevlə şam yeməyində görüşəcək Ərdoğanın gecə Türkiyəyə dönəcəyi gözlənilir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti