Bayram günlərində hava necə olacaq?

   Bayram günlərində hava necə olacaq?
  28 May 2022    Oxunub:402
Mayın 28-i saat 12:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti sabit olub, yağmursuz keçib.
Bu barədə AzVision.az -a Milli Hirdometeorologiya Xidmətindən xəbər verilib. Havanın temperaturu mayın 27-də Bakıda iqlim normasından 2.0° aşağı olub, maksimal temperatur Bakıda və Abşeron yarımadasında 21-25° isti, Naxçıvan MR-da 24-29° isti, dağlıq rayonlarda 19°-dək isti, aran rayonlarında 25-29° isti olub.

İstirahət və bayram günlərində Bakıda və Abşeron yarımadasında hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Zəif cənub istiqamətli külək əsəcək.

Əksər rayonlarda da temperaturun yüksələcəyi, hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimal olunur.

AzVision.az

Teqlər: Hava  







Xəbər lenti