Ermənilər "Sasna Tsrer"ə dəstək aksiyası keçirdilər

   Ermənilər "Sasna Tsrer"ə dəstək aksiyası keçirdilər
  28 May 2022    Oxunub:1272
Ermənistanda etiraz aksiyası keçirilib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
İrəvanda siyasi həbs dalğası: "Sasna Tsrer" üzvləri də saxlanılıb
Bildirilir ki, Zəngəzurda baş tutan aksiya zamanı etirazçılar yolu bağlayıblar. Onlar “Sasna Tsrer” qruplaşmasının üzvlərinə dəstək olduqlarını göstəriblər.

"Yolu bağlayan yerli sakinlər Yercan-Meğri avtomobil yolunda tıxaca səbəb olublar. Qeyd edək ki, bu gün, mayın 28-i Ermənistan Respublikasının müstəqilliyinin 104-cü ildönümündə “Sasna Tsrer” qruplaşmasının üzvləri olan Varujan Avetisyan, Mxitar Avetisyan, Areq Kyureqyan, Sedrak Nazaryan, Eduard Qriqoryan, Pavel Manukyan həbs olunub", - məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Aksiya   Ermənistan  





Xəbər lenti