Mərkəzi Bankın İdarə Heyətinə namizədlərin adları bəlli oldu

Mərkəzi Bankın İdarə Heyətinə namizədlərin adları bəlli oldu
  28 May 2022    Oxunub:1162
Mərkəzi Bankın İdarə Heyətinə təyin ediləcək yeni üzvlərin adları məlum olub.
AzVision.az xəbər verir ki, bunlar hazırda qurumun Baş direktoru olan Rəşad Temraz oğlu Orucov və sədrin müşaviri olan Əliyar Qəhrəman oğlu Məmmədyarovdur.

Qeyd edək ki, Milli Məclisin mayın 31-də keçiriləcək iclasının gündəliyinə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi daxil edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti