İlk erməni peyki 1969-cu ildə akademik Qriqori Qurzadyanın rəhbərliyi ilə yaradılaraq kosmosa göndərildi. O, dünyada ilk dəfə Yerə qayıdan peyklərdən biri oldu. İndi o Ermənistanın Kosmonavtika Muzeyində yerləşir", - Çaqaryan deyib.
Paşinyanın yalanı üzə çıxdı: Media erməni peykini tapa bilmir |
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan mayın 26-da hökumətin iclasında çıxışı zamanı bəyan edib ki, artıq ilk erməni peyki orbitə buraxılıb. Paşinyan qeyd edib ki, 2023-cü ilin sonuna kimi ölkəsində peyk idarəetmə mərkəzi və qəbuledici stansiya yaradılacaq.
Onun ətrafında isə mütəxəssislərdən ibarət elmi-istehsalat qrupu formalaşacaq. Mərkəzin əsas vəzifələri peyk nəzarəti və fotoşəkillərin əldə edilməsi olacaq.
- Peyk çəkilişləri Ermənistanda sərhəd nəzarəti, fövqəladə halların qarşısının alınması və idarə olunması, ətraf mühitin mühafizəsi, yol tikintisi və digər sahələrdə istifadə olunacaq, - Paşinyan deyib.
Maraqlıdır ki, Paşinyanın danışdığı peyk haqqında ətraflı məlumat verilmir. Hətta yerli media da bu müəmmalı hadisə barədə yazaraq İrəvanın böyük yalan üzərindən siyasət sərgiləməsinə eyham vurub. Çünki 25 mayda orbitə peyklər çıxaran "SpaceX" şirkətinin rəsmi səhifəsində, eləcə də yenilənən rəsmi Vikipediya səhifəsində erməni peyki haqqında heç bir məlumat yoxdur. Halbuki İrəvan şirkətin 25 may uçuşu ilə erməni peykinin də orbitə çıxdığını iddia edib.
Tural Tağıyev
AzVision.az