Nigerdə basabas zamanı 30-dan çox ölən olub

 Nigerdə basabas zamanı 30-dan çox ölən olub
  28 May 2022    Oxunub:977
Nigerdə ərzaq və əşyaların yerli sakinlərə pulsuz paylanması zamanı kütləvi izdiham yaşanıb.
AzVision.az-ın məlumatına görə, bu barədə xarici media məlumat yayıb.

Qeyd olunub ki, ərzaq paylanmasından bir gün əvvəl yerli kilsənin yaxınlığında minlərlə insan toplaşıb. Xeyriyyə aksiyasının təşkilatçıları pulsuz yemək və əşyalar almaq istəyən izdihamın öhdəsindən gələ bilməyiblər.

Son məlumatlara görə, izdiham nəticəsində biri hamilə qadın, üçü uşaq olmaqla 31 nəfər ölüb.

AzVision.az




Teqlər: Niger   Basabas  





Xəbər lenti