Polşanın LOT aviaşirkəti Bakıya uçuşlara başlayacaq

 Polşanın LOT aviaşirkəti Bakıya uçuşlara başlayacaq
  28 May 2022    Oxunub:418
Azərbaycan və Polşa turizm vasitəsilə ikitərəfli əlaqələrini daha da möhkəmləndirmək istəyir.
AzVision.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Aparar rəhbəri Kənan Qasımov deyib.

Onun sözlərinə görə, Polşanın "LOT" aviaşirkətinini Bakıya uçuşlara başlaması turizn axınını artıracaq və iki ölkə arasında əlaqələrin daha da yaxşılaşdıracaq.

"Bu aviareysin açılması xalqların daha da yaxınlamasına dəstək olacaq. Azərbaycanda Polşanın mədəni irsi mövcuddur. Dövlət Turizm Agentliyi Azərbaycan tanıtımı ilə bağlı bir sıra tədbirlər təşkil edib və bu reysin açıılmasına dəstək olub", - deyə K.Qaasımov qeyd edib.

Bu gün səhər Heydər Əliyev Beynəlxalq Aeroportunda “LOT” aviaşirkətinin Varşavadan yerinə yetirilmiş ilk sərnişin reysinin təntənəli açılışı olub. Ənənəvi olaraq, Bakı hava limanında yeni aviadaşıyıcının təyyarəsi su tağı ilə qarşılanıb. Varşavadan Bakıya və geriyə uçuşlar həftədə dörd dəfə yerinə yetiriləcək.

AzVision.az

Teqlər: Polşa   Azərbaycan   Turizm  







Xəbər lenti