İranda 10 mərtəbəli bina uçub, 29 nəfər ölüb

İranda 10 mərtəbəli bina uçub, 29 nəfər ölüb
  28 May 2022    Oxunub:1170
İranın cənub-qərbində yerləşən Abadan şəhərində 10 mərtəbəli ofis binasının çökməsi nəticəsində ölənlərin sayı 29-a çatıb.
AzVision.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Eyni zamanda 40-a yaxın insan yaralanıb.

Hadisəyə görə şübhəli bilinən ümumilikdə 13 nəfər saxlanılıb.

Xatırladaq ki, biznes binası mayın 23-də çöküb. Prezident İbrahim Rəisi fəlakətin səbəblərinin təcili araşdırılmasını və günahkarların cəzalandırılmasını əmr edib.

AzVision.az



Teqlər: İran   Qəza   Bina  





Xəbər lenti