İstanbuldan Moskvaya uçan təyyarə məcburən Vilnüsə enib

İstanbuldan Moskvaya uçan təyyarə məcburən Vilnüsə enib
  28 May 2022    Oxunub:402
İstanbuldan Moskvaya uçan “Türk Hava Yollarına” məxsus sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən Vilnüs Beynəlxalq Hava Limanına məcburi eniş edib.
AzVision.az xəbər verir ki, bu barədə “LRT” milli radiosunun efirində hava limanının ictimai əlaqələr şöbəsinin rəhbəri Marius Zelyanyus məlumat verib.

Onun sözlərinə görə, hazırda laynerə baxış keçirilir: “Sərnişinlər terminaldadırlar və dayandırılmış reysi davam etdirmək üçün gözləyirlər”.

O, qeyd edib ki, yoxlanışın nə qədər davam edəcəyi daşıyıcıdan asılıdır.

AzVision.az

Teqlər: İstanbul   Moskva   Vilnüs  







Xəbər lenti