Konqoda üsyançılar 21 nəfəri qətlə yetirdilər

Konqoda üsyançılar 21 nəfəri qətlə yetirdilər
  28 May 2022    Oxunub:388
Konqo Demokratik Respublikasının şərqində Demokratik İttifaq Qüvvələri adlı üsyançı qrup Beni şəhərində dinc sakinlərə hücum edib.
AzVision.az xəbər verir ki, hücum nəticəsində 21 nəfər həlak olub.

Qeyd edək ki, təhlükəsizlik qüvvələri ilə üsyançı qruplar arasında baş verən qarşıdurmalar səbəbindən son 8 gündə 72 min insan evini tərk etmək məcburiyyətində qalıb.

AzVision.az

Teqlər: Konqo   Üsyan  







Xəbər lenti