Azərbaycan hərbçiləri Türkiyədəki təlimin növbəti mərhələsində

   Azərbaycan hərbçiləri Türkiyədəki təlimin növbəti mərhələsində
  29 May 2022    Oxunub:897
Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan hərbçilərinin iştirakı ilə keçirdiyi “Efes-2022” təliminin növbəti mərhələsi iyunun ikinci həftəsində baş tutacaq.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, Egey bölgəsindəki təlimdə ABŞ helikopterləri, haubitsaları və zirehli texnikaları, həmçinin İtaliya, Azərbaycan, Bosniya və Herseqovina, Şimali Makedoniya hərbçiləri, Pakistan, Albaniya, Qazaxıstan, Qırğızıstanın hərbi gəmiləri iştirak edəcək.

Təlimə 37 ölkədən mindən çox hərbçi qatılacaq. Egey bölgəsindəki ən böyük müştərək manevr olan “Efes-2022” təlimində Türkiyə Silahlı Qüvvələrinin bölmələri və ümumilikdə 10 mindən çox şəxsi heyətin iştirakı planlaşdırılır.

AzVision.az


Teqlər: Təlim  





Xəbər lenti