Ermənistan Prezidenti Gürcüstana gedəcək

Ermənistan Prezidenti Gürcüstana gedəcək
  29 May 2022    Oxunub:1228
Ermənistan Prezidenti Vagaqn Xaçaturyan mayın 30-da Gürcüstana rəsmi səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Prezidentinin mətbuat xidməti məlumat yayıb

Səfər çərçivəsində Ermənistan prezidenti gürcüstanlı həmkarı Salome Zurabişvili ilə görüşəcək.

Onun Gürcüstanın baş naziri İrakli Qaribaşvili və Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə də görüşü planlaşdırılır.

AzVision.az




Teqlər:



Xəbər lenti