Rusiyada azərbaycanlı adına görə saxlanıldı

   Rusiyada  azərbaycanlı adına görə saxlanıldı
  29 May 2022    Oxunub:2225
Rusiyanın paytaxtı Moskvanın hava limanında "Ya Zamir" ("Я Замир", tərc.: Mən Zamirəm-red) yazılı plakat tutan Azərbaycan vətəndaşı Rusiya Silahlı Qüvvələrini nüfuzdan salma şübhəsi ilə saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə rusiyalı jurnalist Viktor Şenderoviç məlumat paylaşıb.

Məlumata görə, Rusiyanın hüquq-mühafizə orqanları onun bu yazısını sülhə çağırış ("Я за мир", tərc.: "Mən sülh tərəfdarıyam") kimi başa düşdüyü üçün saxlayıb. Saxlanılan azərbaycanlının adının Zamir olması müəyyən ediləndən sonra o, sərbəst buraxılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti