“Türk Hava Yolları” maskadan istifadəni qismən ləğv etdi
Bildirilib ki, Türkiyə daxilində ediləcək uçuşlarda maskadan istifadə məcburiyyəti tamamilə aradan qaldırılıb. Xarici uçuşlarda isə səfər ediləcək ölkələrin aidiyyatı qurumlarının qərarlarına əsasən dəyişiklik olunacaq.
Açıqlamada qeyd edilib ki, məhdudiyyətin ləğv olunmasına baxmayaraq, səfərlər zamanı maskadan istifadə etmək istəyən sərnişinlər yanlarında gətirdikləri maskaları taxa biləcəklər.
AzVision.az
Teqlər: Təyyarə







Vaxtında, Aydın, Lazımlı!


