Müstəqillik Günü Los Ancelesdə qeyd olunub
Sonra çıxış edən ABŞ Dövlət Departamentinin Xarici Missiyalarla İş üzrə Los Anceles Ofisinin regional direktoru Qreçen Franke (Gretchen Franke), ABŞ adından bütün azərbaycanlıları Müstəqillik Günü münasibətilə təbrik edib. Q.Franke son 30 ildə Azərbaycan ilə ABŞ-ın sıx tərəfdaşlara çevrildiyini bildirib. O, ölkələrimizin birgə çalışaraq, Avropada enerji təhlükəsizliyini və sabitliyi təşviq etdiyini, transmilli təhdidlərə qarşı mübarizə apardığını və iki ölkə arasında ticarət və investisiyaların artdığını söyləyib. ABŞ diplomatı qeyd edib ki, beynəlxalq qeyri-müəyyənliklərin çox olduğu indiki dövrdə enerji mənbələrinin diversifikasiyası və beynəlxalq təhlükəsizliyin təmin edilməsi sahəsində ABŞ və Azərbaycanın 30 illik əməkdaşlığı ikitərəfli münasibətlərimizin belə bir tarixi məqamda necə bəhrə verdiyini göstərir.
Sonra çıxış edən Yuta Senatoru Cin Deyvis (Gene Davis) Azərbaycanın ABŞ üçün önəmli strateji tərəfdaş olduğunu və son illərdə ABŞ-ın Yuta ştatı ilə güclü münasibətlərin yaradıldığını qeyd edərək, Yuta Ştat Senatı və Nümayəndələr Palatasının Azərbaycanın Müstəqillik Günü ilə bağlı qəbul etdiyi bəyannaməni baş konsul N.Ağayevə təqdim edib.
Daha sonra çıxış edən Los Anceles Vilayətinin Protokol Xidmətinin rəhbəri Lurdes Saab (Lourdes Saab) Azərbaycan xalqını və Azərbaycan icmasını bu gözəl gün münasibətilə təbrik edərək, Los Anceles Vilayətinin Nəzarətçilər Şurası tərəfindən qəbul edilmiş bəyannaməni təqdim edib.
Tədbirdə, həmçinin Baş Konsulluğun Müstəqillik Günü ilə bağlı hazırladığı qısa film və milli geyimlərimiz nümayiş etdirilib, xalq mahnıları ifa edilib və Ləman Musayevanın ifasında Azərbaycan xalq rəqsləri təqdim olunub. Qonaqlar, Azərbaycan mətbəxinin ləziz təamları və şirniyyatları, həmçinin müxtəlif nəşrlərlə tanış olublar. Tədbir böyük maraqla qarşılanıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


