Fransanın yeni xarici işlər naziri Ukraynaya səfər edib

 Fransanın yeni xarici işlər naziri Ukraynaya səfər edib
  30 May 2022    Oxunub:1369
Fransanın yeni xarici işlər naziri Katerin Kolonna Ukraynaya səfər edib. O burada ukraynalı həmkarı Dmitri Kuleba və prezident Vladimir Zelenski ilə görüşmək niyyətindədir.
AzVision.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, görüşlər zamanı Kolonna ərzaq təhlükəsizliyi üçün risk yaradan taxıl və bitki yağlarının Ukraynadan ixracı məsələsini də müzakirə edəcək.

AzVision.az


Teqlər:



Xəbər lenti