Bakı Qran Prisi: İşlərinin 85 faizi başa çatıb
AzVision.az xəbər verir ki, bunu Bakı Şəhər Halqası əməliyyat şirkətinin yarış obyektlərinin tikintisi üzrə rəhbər Tom Buçer deyib.
T.Buçer əlavə edib ki, Bakı treki 7 iyunda yarışa hazır vəziyyətə gətiriləcək: "Bundan sonra Beynəlxalq Avtomobil Federasiyası trekə baxış keçirəcək. Əgər ehtiyac olarsa, düzəlişlər ediləcək".
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində baş tutacaq.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


