Şəxsi axtarış zamanı isə onun üzərindən narkotik vasitə marixuana və elektron tərəzi aşkarlanıb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq R.Acalovun idarə etdiyi avtomobilə keçirilən baxış zamanı həmin nəqliyyat vasitəsindəki gizli saxlanc yerindən 1 kiloqramdan artıq heroin və 5 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.
İlkin araşdırma zamanı müəyyən edilib ki, o narkotik vasitələri xaricdəki narkotacir vasitəsilə əldə edib və satışını təşkil etmək üçün paytaxt ərazisinə aparmalı imiş.
Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


