Koçaryanın oğlu mer olmaq istəyir?

   Koçaryanın oğlu mer olmaq istəyir?
  30 May 2022    Oxunub:925
Ermənistanın ikinci prezidenti, hərbi cani Robert Koçaryanın oğlu Levon Koçaryan gələcəkdə vəzifə daşımayacağını bəyan edib. AzVision.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında Ermənistanda hakimiyyət dəyişikliyi olacağı təqdirdə heç bir vəzifə üçün müraciət etməyəcəyini deyib.
Koçaryanın oğlu saxlanıldı - VİDEO
- İrəvan meri postunu tutmaq niyyətimlə bağlı şayiələrə gəlincə, nə ailəmlə, nə də fraksiya ilə bu məsələyə dair heç bir müzakirəm olmayıb, - Levon deyib.

Hazırda mitinqlərdə fəal görünən hərbi caninin oğlunun bu açıqlaması səmimi qarşılanmayıb. Bir aydan çoxdur ki, "Müqavimət" hərəkatının aksiyalarında öndə olan Levon hərəkatın liderlərindən biri hesab edilir. Yerli emdia hətta hakimiyyət dəyişikliyi zamanı onun müxtəlif postlarda çalışacağını proqnozlaşdırır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan  



Xəbər lenti